Brendon Li | |
---|---|
çin. 布蘭登李 ing. Brandon Lee | |
![]() | |
Doğum tarixi | 1 fevral 1965[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 31 mart 1993[1][2] (28 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | Lake View Cemetery, Seattle, Washington, U.S. |
Atası | Brüs Li |
Anası | Linda Li Kadvell |
Təhsili | |
Fəaliyyəti | televiziya aktyoru, kino aktyoru, aktyor |
Fəaliyyət illəri | 1985-ci ildən |
![]() |
|
![]() |
Brendon Brüs Li (ing. Brandon Bruce Lee) ( 1 fevral 1965[1][2], Oklend, Kaliforniya – 31 mart 1993[1][2], Uilminqton[d], Şimali Karolina) amerikalı aktyor. 1990-cı illərin əvvəllərində popularlığının ən yüksək pilləsində olduğu bir zamanda fövqəltəbii superqəhrəman Qarğa (1994) filmində Erik Draven rolunu oynadı. Lakin filmin çəkilişi zamanı təsadüfən ölümü Linin karyerası və həyatını yarımçıq qoydu.
Brendon Li səkkiz yaşında olarkən vəfat edən döyüş sənətçisi və kino ulduzu Brüs Linin oğlu idi. Atasının yolunu davam etdirən Li Citkundo, Vin Çun, Eskrima, Silat və Muay tay daxil olmaqla döyüş sənətləri üzrə məşq edib, Emerson Kollecində və Strasberq Teatr və Film İnstitutunda aktyorluq təhsili alıb.